Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin tikinti sektorunda son iki ay ərzində 4,8% artım qeydə alınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, cari ilin yanvar-fevral aylarında ittifaq ölkələrində sənaye istehsalı 3,8 faiz, tikinti işlərinin həcmi 4,8 faiz, pərakəndə ticarət dövriyyəsi isə 10,5 faiz artıb.
Bu dövrdə yükdaşımaları Qırğızıstanda 8,8% Qazaxıstanda 1,6, sərnişin daşınması Qırğızıstanda 11,2%, Rusiyada 10,6%, Belarusda 8,6% və Qazaxıstanda 7,6% həcmində olub.
Avrasiya İqtisadi Komissiyasının Statistika Departamentinin açıqladığı hesabatda bildirilib ki, hesabat dövründə tamamlanmış tikinti işlərinin həcmi ən çox Qırğızıstanda artaraq 47,3% təşkil edib. Qazaxıstanda bu göstərici 12,7%, Belarusda 5,1%, Rusiyada isə 4,5% olub.
Natiq Orucov