İşğal altında olan Qazaxınn 4 kəndinin Azərbaycana qaytarılması barədə əldə edilən razılıq bir sıra digər məsələlərin həllinə də yol açır. Bunlardan biri də Zəngəzur dəhlizi ilə bağlı məsələdir.
Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyir ki, bu proses Zəngəzur dəhlizinin açılmasına yol aça bilər:
"Ermənistanın Qazaxın dörd kəndini danışıqlar əsasında Azərbaycana qaytarması iki ölkə arasında müharibə ehtimalını aşağı saldı. Məhz son 30 ildə ilk dəfə ikitərəfli danışıqlar müsbət nəticə verərək, hərbi əməliyyatlarsız ərazi məsələsi həllini tapdı. Əgər, danışıqlar prosesində Rusiya və Avropanın digər ölkəsi iştirak edirdisə, heç bir müsbət nəticə olmayacaqdı. Növbəti mərhələdə anklav olan kəndlər və Gədəbəyin Başkandidir. Ermənistan tərəfi Başkəndi anklavı sayır və Azərbaycanda bundan imtina etmir".
Politoloq deyib ki, danışıqlar prosesində Azərbaycanla anklavlarla bağlı mübadilə edə bilər:
"Əgər, dörd kəndlə bağlı müsbət nəticə varsa, danışıqlar yolu ilə həll edilibsə qarşılıq etimad mühiti yaranıb. İki ölkə arasında delimitasiya və demarkasiya prosesi davam edəcəksə, tərəflər Zəngəzur yolunun açılmasını razılaşdıracaq".
Məhəmməd Əsədullazadə hesab edir ki, Zəngəzur yolunun açılması Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılıdır:
"Azərbaycanın Zəngəzur yolu üçün heç bir hərbi təzyiqlərə əl atması gözlənilmir. Ermənistan rəhbərliyi Zəngəzur yolunun açılmasına bir şərtlə gedir ki, təhlükəsizliyi və gömrük sisteminə özü nəzarət etsin. Azərbaycan da bununla o halda razılaşa bilər ki, Zəngəzur yolundan Naxçıvana daşınan yüklər və Azərbaycan vətəndaşları üçün imtiyazlı güzəştlər tətbiq edilməlidir. Ermənistan tərəfi yolun açılmasına gedəcəksə, İran tərəfi bununla razılaşacaq".
Süleyman