Rusiya və Serbiya BMT-də Kosovo nizamlanması üzrə prosesdə fəaliyyətlərini əlaqələndirib koordinasiya edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə fikir mübadiləsi Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ilə Serbiya prezidenti Aleksandr Vuçiç arasında keçirilən görüşdə aparılıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin görüş barədə yaydığı məlumatda qeyd edilir ki, tərəflər həmçinin Rusiya-Serbiya münasibətlərini gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.
“Balkanlardakı vəziyyət vurğulanmaqla ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb və tərəflər Rusiya-Serbiya münasibətlərinin daha da möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Kosovo nizamlanması kontekstində hər iki tərəf BMT-də fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar",-deyə görüşdə müzakirə edilən məsələlər barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat verir.
Anar Əliyev