Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bolqarıstanda Sovet Ordusu abidəsi sökülür

Bolqarıstanda Sovet Ordusu abidəsi sökülür



Bolqarıstanda Sovet Ordusu abidəsinin sökülməsinə başlanılıb.

Newscenter.az TASS-a istinadən bildirur ki, Sofiya hakimiyyəti şəhərdə yerləşən Sovet ordusunun abidəsinin sökülməsinə qərar verib.

Bolqarıstan Teleqraf Agentliyi (BTA) məlumatı təsdiq edib.

Məlumata görə, Ali İnzibati Məhkəmə Sofiya İnzibati Məhkəməsinin iki qərarını qüvvədən saldıqdan sonra şəhərin baş memarının göstərişi ilə söküntü işləri davam etdirilib. Əvvəllər bu məhkəmə sovet ordusuna aid abidənin sökülməsini qadağan edib, onu qeyri-qanuni elan edib, lakin o vaxta qədər abidənin bürünc fiqurları artıq parçalara ayrılaraq müvəqqəti saxlama anbarına aparılıb.

Qeyd edək ki, 1954-cü ildə ucaldılan abidə ilə bağlı Bolqarıstanda bir neçə dəfə mübahisələr yaranıb. Onun sökülməsi ilə bağlı qərarı 1993-cü ildə Sofiya Şəhər Şurası verib, lakin Bolqarıstan Sosialist Partiyası tərəfdarlarının etirazları səbəbindən sökülmə işləri dayandırılıb. Abidə dəfələrlə vandalların hədəfinə çevrilib. 2023-cü ilin martında Sofiya deputatları yenə də səs çoxluğu ilə sağçı siyasi birliklərin Sovet Ordusuna abidənin sökülməsi və köçürülməsi təşəbbüsünü dəstəkləyiblər.

Mehman Mehdiyev
Xəbəri paylaş