"Pxenyan nüvə silahından istifadə edəcəyi təqdirdə bu addım rejimin sonu ilə nəticələnə bilər".
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Cənubi Koreya Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Jeon Ha Gyu deyib.
"Şimali Koreya nüvə silahından istifadə etməyə çalışarsa, Koreya Respublikası və ABŞ-ın dərhal, böyük və qətiyyətli cavabı ilə üzləşəcək və Şimali Koreya rejimi onun sonunu görəcək", - deyə Conq Ha-gyu bildirib.
O bildirib ki, Vaşinqton müttəfiqini qorumaq üçün bütün vasitələrdən, o cümlədən nüvə silahından istifadə etməyə hazırdır.
Qeyd edək ki, Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi bəyan edib ki, Şimali Koreyanın aprelin 22-də raket buraxılışının bir neçə məqsədi var. Bunlardan əsas məqsəd Amerika-Cənubi Koreya təlimlərinə cavabdır.
Mehman Mehdiyev