Qazaxıstanda doğum hallarında azalma müşahidə edilir.
Newscenter.az Qazaxıstanın Milli Statistika Bürosuna istinadən bildirir ki, 2023-cü ildə Qazaxıstanda 388,4 min körpə doğulub ki, onlardan 51,6 faizi oğlan, 48,4 faizi qızdır.
Onlar 230,3 mini, yaxud 59 faizi şəhər yerlərində, qalan 158 min uşaq, yəni 41 faizi kənd yerlərində doğulmuşdur.
Məlumata görə, 2023-cü ildə ümumi doğum səviyyəsi hər 1000 nəfərə 19,52, 2022-ci ildə isə hər 1000 nəfərə 20,57 təşkil edib.
Ən yüksək doğum səviyyəsi Mangistau vilayətində qeydə alınıb. Hər 1000 nəfərə 26,74 nəfər olmaqla. Sonrakı yerlərdə isə Türküstan vilayəti (hər 1000 nəfərə 26,18 nəfər) və Şımkənd şəhərində (hər 1000 nəfərə 25,70 nəfər) qərarlaşıb.
Ötən il 4075 əkiz (2022-ci ildə 4063), 48 üçəm (2022-ci ildə 50), 1 dördəm dünyaya gəlib.
Nərgiz Əzizova