Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlament tərəfindən Ermənistana müraciət edilməsini təklif edib.
Newscenter.az xəbər verir ki, millət vəkili bunu parlamentin plenar iclasında çıxışı zamanı bildirib. Qüdrət Həsənquliyev deyib ki, Azərbaycan parlamenti Ermənistana revanşizmdən uzaq durmağa çağırış etməli, bu ölkəni mövcud reallıqları qəbul etməyə dəvət etməlidir:
"Çünki alternativ yol, kompromisdən qaçmaq nə region, nə də Ermənistan üçün yaxşı heç nə vəd etmir".
Millət vəkili cənub qonşumuz İranın da Azərbaycanla münasibətlərdə səmimi olmasını arzulayıb. O bildirib ki, İran müntəzəm olaraq normal qonşuluq münasibətlərindən kənar mövqe sərgiləyir.
Süleyman