Qazaxıstan və Özbəkistan prezidentləri strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sözügedən məsələ Qazaxıstan prezidenti Qasım Jomar Tokayevin özbəkistanlı həmkarı ilə telefon danışığı zamanlı müzakirə edilb.
Telefon danışığı zamanı Qasım-Jomart Tokayev Şavkat Mirziyoyevə və qardaş Özbəkistan xalqına ölkənin bir sıra regionlarında baş vermiş daşqınlarla əlaqədar göstərdikləri rəğbət və köməyə görə təşəkkür edib.
Prezidentlər iki ölkə arasında əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələlərini də müzakirə ediblər. Tərəflər ikitərəfli münasibətlərin və regional səviyyədə əməkdaşlığın sürətli inkişafına diqqət çəkiblər.
Eyni zamanda, dövlət başçıları regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Anar Əliyev