Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sadə erməni vətəndaşların etdiyi hay-küydən başqa bir şey deyil

Sadə erməni vətəndaşların etdiyi hay-küydən başqa bir şey deyil


"Qazaxın 4 kəndinin Ermənistan rəhbərliyi tərəfindən geri qaytarılması qərarının alınmasından sonra yerli əhali tərəfindən etiraz olaraq Ermənistan hərbi mövqeyinə hücumu ilə baş verən hadisələrin böyüyərək hansısa ciddi prosesə çevriləcəyi ehtimalı yox dərəcəsindədir. Kəndlərin danışıqlar yolu ilə geri qaytarılması əslində sadə məsələ deyildir. Bu, hesab edirəm ki, Qərbin də tələbidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, Rusiya tərəfdən hadisələrin qızışdırılması ehtimalı
az olsa da, bu da indiki məqamda Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması, eyni zamanda, həmin ordunun bir hissəsinin Ermənistana getməsi fonunda mümkün görünmür:

"Çünki hələlik Rusiya da bunda maraqlı deyil. Ukraynaya ABŞ-ın 61 milyard dollar yardım ayırması və Rusiyanın da hücuma hazırlaşması fonunda ciddi dəyişikliklər gözlənilir. Rusiya hələlik Azərbaycan və Ermənistan arasında vasitəçisiz əldə etdikləri bu qərara qarşı loyal münasibət göstərəcək. Rusiya sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması məsələlərində onsuz alınan qərarlara hansısa ciddi reaksiyalar verə bilər.
Qeyd edilənlər fonunda sadə erməni vətəndaşların etdiyi hay-küydən başqa bir şey deyildir".

Süleyman
Xəbəri paylaş