Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Strateji müttəfiqlik

Strateji müttəfiqlik


"Bu gün dünydada və yerləşdiyimiz regionda çox mürəkkəb geosiyasi proseslər baş verir, qlobal qütbləşmə dərinləşir, belə bir vəziyyətə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ağıllı siyasət yürüdərək qlobal güclərin dərinləşdirdiyi qütbləşmədə balansı tam qoruması, bütün ölkələrlə, o cümlədən yaxın qonşumuz Rusiya ilə münasibətləri sabit və dinamik saxlamağı uzaqgörən qətiyyətin nümunəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Rusiya və Azərbaycan arasında siyasi münasibətlər indi müstəqilliyin ilk illərində hakimiyyətdə olan səriştəsiz qüvvələrin uğursiz xarici siyasəti sayəsində zədələndiyindən bunun ağır nəticələrini Qarabağ müharibəsində gördük:

"Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında səmimi və mehriban əlaqələrin dərin əsası qoyuldu, Cənab İlham Əliyev əlaqələri strateji müttəfiqlik zirvəsinə yüksəltməklə Moskvanın ölkəmizə qarşı mövqeyini qarşılıqlı hörmət və əsil dostluq prinsipləri üzərində qurdu. Rusiya Azərbaycana digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq dost, yaxın və etibarlı qonşu kimi sadiq və səmimi davranır".

Vaqif Abdullayev deyib ki, Rusiyanın Azərbaycana qarşı münasibətləri son illərdə birbaşa strateji tərəfdaşlıq və müttəfiqliyiə söykənməklə inkişaf edir. 2022-ci ilin fevral ayında imzalanmış Strateji Müttəfiqlik haqqında bəyannamə siyasi-iqtisadi, humanitar və digər sahələrdə iki ölkənin münasibətlərinin yeni vizyonunu müəyyən etdi:

"Həmin Bəyannamə Azərbaycanın milli maraqlarına və gələcək strateji hədəflərinə çatmaqda mühüm əsaslı zəmin və baza oldu.

Bu sənəd dövlətlərarası qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanmaqla hərtərəfli və bərabərhüquqlu əməkdaşlığı genişlənməsinə əsaslı zəmin yaratdı. Sazişin imzalanmasında sonra Rusiya Azərbaycanın dövlət suverenliyinə, xarici siyasətinə daha da hörmət nümayiş etdirdi.
Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycanın daxili məsələsi olduğu faktını qəbul edən Kreml ölkəmizin ekstremistlərin yerləşdiyi ərazilərdə anti-terror əməliyyatları aparmasına və Azərbaycanın Qarabağ üzərində tamamilə öz siyasi legitimliyini bərpa etməsinə anlayışla mövqe sərgilədi".

Vaqif Abdullayev onu da diqqətə çatdırıb ki, bir neçə gün əvvəl isə Qarabağda müvəqqəti yerləşmiş Rusiya Sülhməramlılarının bölgəni tərk etməsi Kremlin həqiqətən də Azərbaycan Respublikasının dövlət maraqlarına etimadının nümayişi hesab edilə bilər:

"Rusiya Federasiyası və Azərbaycan Respublikası hazırda siyasi münasibətləri müttəfiqlik qarşılıqlı hörmət üəzrində quraraq inkişaf etdirir. Münasibətlər iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında möhkəmlənməkdədir.

Rusiya və Azərbaycan arasında strateji müttəfiqlik ölkəmizin öz strateji və milli hədəflərini müəyyən edən digər prioritetlərin də əldə edilməsində mühüm sənəd olacaq".

Anar Əliyev
Xəbəri paylaş