Tayvanda ötə gün ərzində 200-dən çox yeraltı təkan qeydə alınıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, onlardan ən güclülərinin amplitudası 6,3 bala çatıb.
Tayvan Mərkəzi Meteorologiya Departamenti bildirib ki, 5,5 bal gücündə ilk yeraltı təkanlar bazar ertəsi baş verib. Həmin andan etibarən Tayvan ərazisində saatda bir neçə zəlzələ qeydə alınıb. Ümumilikdə sutka ərzində 218 yeraltı təkan baş verib. Onlardan ən güclülərinin ikisinin maqnitudası 6.0 və 6.3-ə çatıb.
Qeyd edək ki, aprelin 3-də Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Hualien qraflığında 7,2 bal gücündə zəlzələ bütün Tayvanda hiss olunub. Son məlumatlara görə, zəlzələ zamanı 16 nəfər həlak olub, 1155 nəfər yaralanıb.
Mehman Mehdiyev