“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.
Newscenter.az xəbər verir ki, qonaqlar şəhəri gəzib, Həkəri Balıqçılıq Təsərrüfatına baş çəkiblər.
Burada konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, bu gün Laçında 30 ölkədən xarici ekspertlərin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində beynəlxalq konfrans keçirilib.
Tədbir iştirakçıları panel müzakirələri çərçivəsində Qarabağın dayanıqlı inkişafını müzakirə ediblər.