Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya prezidenti Türkiyəyə səfərə gəlib

Almaniya prezidenti Türkiyəyə səfərə gəlib


Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə rəsmi səfərə gəlib.

Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident Külliyesində almaniyalı həmkarını rəsmi mərasimlə qarşılayıb.

Beştəpədə keçiriləcək rəsmi qarşılanma mərasimindən sonra keçiriləcək rəsmi görüşlərdə Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələr hər aspektdə müzakirə olunacaq və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görüləcək işlər qiymətləndiriləcək.

Görüşlərdə İsrailin Fələstin ərazilərinə hücumları və bölgədəki son vəziyyət, Ukrayna ilə Rusiya arasında davam edən müharibədə son hadisələr, Türkiyə-Avropa Birliyi münasibətləri, qlobal və regional problemlər müzakirə olunacaq.

Ərdoğan daha sonra Ştaynmayerin şərəfinə rəsmi şam yeməyi verəcək.

Anar Əliyev
Xəbəri paylaş