Aprelin 24-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qabaqcadan müəyyən edilmiş qəbul qrafikinə uyğun olaraq Milli Məclisdə şəhid ailələrinin, qazilərin və müxtəlif məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşların qəbulunu keçirib.
Newscenter.az xəbər verir ki, qəbul zamanı vitse-spiker Adil Əliyev vətəndaşları dinləyərək, onlar tərəfindən qaldırılmış müxtəlif sosial, humanitar, təhsil və digər məsələlərin bir qismini yerindəcə həll edib. Araşdırılması vaxt tələb edən müraciətlər qeydə alınaraq icraata verilib. Habelə vətəndaşların qəbulu zamanı qaldırdıqları müxtəlif müraciətlərin vaxtında həll edilməsini təmin etmək məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib.
Vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclisin sədr müavinin ünvanına daxil olmuş müraciətlərin hər biri geniş şəkildə təhlil edilir və həlli məqsədilə qanunvericilik çərçivəsində bütün mümkün addımlar atılır.
Süleyman