Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Narkotik satışı ilə məşğul olan 300-ə yaxın sosial şəbəkə hesabı müəyyən edilib

Narkotik satışı ilə məşğul olan 300-ə yaxın sosial şəbəkə hesabı müəyyən edilib


Qazaxıstanda onlayn narkotik satışı ilə məşğul olan 300-ə yaxın sosial şəbəkə hesabı

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi narkotik vasitələrin və prekursorların yayılması üçün Telegram messencer kanallarına, sosial şəbəkələrə və reklam xidmətlərinə nəzarət həyata keçirib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə 300-ə yaxın hesab üzərindən narkotik satışı həyata keçirildiyi müəyyən olunub.

Həmçinin, “Telegram” kanallarından istifadə edən 80 nəfər müəyyən edilib və onların daim reklam etdikləri, həmçinin ölkədə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduqları məlum olub.

Anar Əliyev
Xəbəri paylaş