Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi ölkə seçilməsi münasibətilə təbrik edib.
Newscenter.az xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
“Bu, həqiqətən də mühüm hadisədir və biz çox şadıq ki, qardaş ölkə belə böyük tədbirə ev sahibliyi edir”, - o bildirib.
Qırğızıstan Prezidenti, həmçinin bu gün dövlət başçısı İlham Əliyevlə aparılan danışıqların nəticələrindən məmnunluğunu ifadə edib: “Əldə edilmiş razılaşmalar dövlətlərimizin hər iki ölkənin mənafeyinə uyğun olaraq bütün sahələrdə sıx əlaqələri inkişaf etdirmək, bununla yanaşı dostluq mühitini möhkəmləndirməyə dair qarşılıqlı istəyini aydın şəkildə nümayiş etdirir”.
Mehman Mehdiyev