Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərkisyan "Dəmir Yumruq" üçün darıxıb

Sərkisyan "Dəmir Yumruq" üçün darıxıb


Ermənistanda yenidən bəzi ünsürlərin baş qaldıraraq revanşizmə meyillənməsi Bakı ilə İrəvan arasında sülhə doğru atılan addımlara əngəl olmaq mahiyyəti daşıyır. Bu günlərdə qondarma soyqırımın ildönümü ərəfəsində İrəvanda keçirilən tədbirlərdə Azərbaycan və Türkiyənin bayraqlarının yandırılması, hər iki qardaş ölkənin ünvanına təhqirlərin səsləndirilməsi fonunda bunu aydın görmək mümkündür. Düzdür, mahiyyət etibarilə həmin revanşist qüvvələr Ermənistanda o qədər də çoxluq təşkil etmirlər. Ancaq ümumilikdə götürəndə, belə bir mənfi tendensiyanın müşahidə edilməsi Azərbaycanla Ermənistanın sülhə doğru inamlı addım atması ərəfəsində heç də yaxşı hal deyil.

Əslində Ermənistanda revanşizmə çağırış meyillərinin arxasında hakimiyyətə gəlmək kimi bir istək də dayanır. Bunların başında duran isə sabiq prezident Serj Sərkisyandır. Uzun illər Ermənistan prezidenti olan Sərkisyanın hakimiyyəti dövründə Qarabağ kartı əsas istifadə predmeti olub. İndi də Sərkisyan Qarabağ məsələsi üzərindən yenidən hakimiyyəti ələ keçirmək istəyir.

Ancaq istər Sərkisyan, istəsə də onun ətrafında yer alan bəzi erməni millətçiləri, revanşistlər unudurlar ki, Dəmir Yumruq hər zaman onların başı üzərindədir və bundan sonra da bu belə olacaq. İstənilən revanşizm əməlləri və Azərbaycana yönəlik təhdidlərə rəsmi Bakı öz Dəmir Yumruğu ilə cavab verəcək. Hər halda 2016-cı ilin aprel döyüşləri zamanı Serj Sərkisyan Azərbaycanın gücünü, hərbi qüdrətini görüb və ümid etmək olar ki. həm Aprel döyüşləri, həm də İkinci Qarabağ Müharibəsi Sərkisyana bütün bunlardan nəticə çıxarmağa əsas verəcək.

Süleyman
Xəbəri paylaş