Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəyə keçməyə çalışan terrorçu yaxalanıb

Türkiyəyə keçməyə çalışan terrorçu yaxalanıb


Türkiyəyə ərazisinə keçərək ölkədə terror aktı həyata keçirməyi planlayan terrorçu saxlanılıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Suriya sərhədindən ölkəyə keçməyə cəhd edən terror təşkilatı PKK/PYD üzvü Şanlıurfada yaxalanıb.

Terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyinə dair kəşfiyyat məlumatlarının ardınca təhlükəsizlik qüvvələri sərhəd xəttində ehtiyat tədbirlərini artırıb.

Potensial terrorçu Türk Komandoları tərəfindən saxlanılıb.

Hazırda həmin şəxsin bağlı olduğu digər qruplar barədə araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş