Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Altay Strateji Araşdırmalar Jurnalı" çap ediləcək

"Altay Strateji Araşdırmalar Jurnalı" çap ediləcək


Təhsilin və elmin gücünə inamın artırılması istiqamətində işlər həyata keçirən EkoAvrasiya Fondu Türkiyə ilə Avrasiya ölkələri arasında iqtisadi, mədəni və sosial əməkdaşlığın, dostluq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verir.

Newscenter.az-a sözügedən Fonddan bildirilib ki, bu məqsədlə EkoAvrasiya Fondu tərəfindən "Altay Strateji Araşdırmalar Jurnalı (ASAD)" işıq üzü görəcək.

Elektron mühitdə istifadəyə verilən jurnal Avrasiya ölkələri, xüsusilə Türkiyə daxilində iqtisadi, mədəni və sosial işləri əhatə edir.

Jurnal İctimai Elmlər sahəsində orijinal və nəşr olunmamış məqalələr, tərtibatlar, müzakirələr, kitab təbliği və texniki qeydlər dərc etməklə elmi nəticələrin geniş kütləyə və oxuculara çatdırılmasını hədəfləyir.

Türk dilində nəşr olunan jurnal iyun və dekabr aylarında olmaqla ildə 2 (iki) sayı olaraq nəşr ediləcək. İlk sayı 15 iyun 2024-cü il tarixində işıq üzü görəcək.

Süleyman
Xəbəri paylaş