Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"AstraZeneca" Qazaxıstanda biotexnoloji dərmanlar istehsal edir

"AstraZeneca" Qazaxıstanda biotexnoloji dərmanlar istehsal edir


Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun səfəri çərçivəsində Qazaxıstanda biotexnoloji preparatların müqavilə əsasında istehsalı üzrə “AstraZeneca” şirkətinin investisiya layihəsinin həyata keçirilməsi planının imzalanması mərasimi keçirilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova, Qazaxıstanın “AstraZeneca” şirkətinin direktoru Mariya Şipuleva, eləcə də “KAZAKH INVEST” NC” ASC-nin idarəedici direktoru Azamat Kojanov və Almatı merinin müavini Əlişir Abdikadırov iştirak ediblər.

Şirkət elan edib ki, planın imzalanması Tokayevin daxili bazarda yerli istehsal olan dərmanların payını 50%-ə çatdırmaq tapşırığını yerinə yetirmək üçün bir addımdır və ölkə rəhbərliyinin investisiya mühitinin yaxşılaşdırılması planlarına uyğundur.

Qeyd edək ki, 2023-cü ilin sonunda Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi və Qazaxıstanın “AstraZeneca” şirkəti arasında şirkətin dərman preparatlarının respublikada istehsalını təcrid etmək layihəsinə dair yol xəritəsi imzalanıb.

Nərgiz Əzizova
Xəbəri paylaş