2024-cü ildə Azərbaycanda böyük gəlir gətirəcək sahə turizm olacaq.
Newscenter.az xəbər verir ki, bu "YENİ XƏTT" Siyasi Tədqiqatlar mərkəzinin İqtisadiyyat departamentinin hesabatında əksini tapıb.
Qeyd edilib ki, ilin əvvəlindən Azərbaycana turist axını 30% artıb. Turizm qeyri-neft sektorunun ən gəlirli sahəsi olduğundan ölkəmizdə onun inkişafı və genişlənməsi üçün vaxtilə böyük investisiyalar qoyulmuş, infrastruktur qurulmuş, bir sıra tədbirlər həyata keçirilib.
Hesabatda həmçinin, qeyd edilir ki, 2024-cü ildən etibarən xarici turistlər respublikamızın işğaldan azad edilmiş ərazilərinə səfər edə biləcəklər.
Natiq Orucov