Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmir yolu ilə yükdaşımaların həcmi artıb

Dəmir yolu ilə yükdaşımaların həcmi artıb


Qazaxıstan və Türkiyə bir il ərzində dəmir yolu ilə yük daşımalarının həcmini 40% artırıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Türkiyə Qazaxıstanın 5 ən böyük ticarət tərəfdaşından biridir və ilk 20 investor arasındadır. Bu gün hər iki ölkənin hökumətləri ən azı 10 milyard dollar səviyyəsində sabit ticarət həcmini təmin etmək üçün sistemli şəkildə çalışırlar.

Qazaxıstan Türkiyəyə ümumi dəyəri 630 milyon dollardan çox olan 34 növ məhsulun ixracını artırmaq niyyətindədir. Onların arasında metallurgiya, neft-kimya, yeyinti və maşınqayırma sənayesinin məhsulları var.

Cəmi bir il ərzində dəmir yolu ilə yükdaşımaların həcmi təxminən 40 faiz artıb.

Natiq Orucov
Xəbəri paylaş