Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Övladlığa götürülmüş uşaqlara nəzarət gücləndiriləcək

Övladlığa götürülmüş uşaqlara nəzarət gücləndiriləcək


Amerikalı ailələlər tərəfindən övladlığa götürülmüş qazax uşaqlara bundan sonra nəzarət gücləndiriləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məsələ Vaşinqtonda Qazaxıstan Xarici İşlər Nazirliyi ilə ABŞ Dövlət Departamenti arasında konsulluq məsləhətləşmələri zamanı müzakirə edilib.

Qazaxıstan nümayəndə heyətinə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Xidmətləri Departamentinin direktoru Baurjan Akatayev, amerikalı nümayəndə heyətinə isə ABŞ Dövlətinin Mərkəzi Asiya Departamentinin direktoru Brayan Stimmler başçılıq edib

Danışıqlar zamanı iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin asanlaşdırılması və hüquqlarının müdafiəsi məsələsi ilə yanaşı, Qazaxıstandan övladlığa götürülən uşaqlara nəzarətin gücləndirilməsi məsələsi də qaldırılıb.

Həmçinin, söhbət zamanı Qazaxıstan Respublikası vətəndaşlarının ABŞ-a qeyri-qanuni miqrasiyasının qarşısının alınması üzrə birgə tədbirlər müəyyən edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş