Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: "Xalq olaraq indiki zamanda məqsədimiz və niyyətimiz eyni olmalıdır"

Prezident: "Xalq olaraq indiki zamanda məqsədimiz və niyyətimiz eyni olmalıdır"


"Dünyanın hər yerində baş verən müxtəlif hadisələr hamımızı narahat edir. Vahid xalq olaraq indiki zamanda məqsədimiz və niyyətimiz eyni olmalıdır".

Newsenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev səsləndirib. Dövlət başçısı bildirib ki, insanları milliyyətinə görə ayırmağa və cəmiyyətdən təcrid etməyə, xüsusən də təxribata səbəb olan istənilən hərəkətə yol vermək olmaz:

"Dilinə, milliyyətinə, dininə və ya mədəniyyətinə görə vətəndaşlar arasında ayrı-seçkiliyə qətiyyən yol verməyən mühitin yaradılması vacibdir”, - deyə dövlət başçısı bildirib.

Qasım-Jomart Tokayev deyib ki, bütün halda strateji təmkin və dözümlülük nümayiş etdirməliyik.

Anar Əliyev
Xəbəri paylaş