Qazaxıstanda siqaretin qiyməti aylıq olaraq 0,5% artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ötən ilin martında siqaretin qiyməti bir ayda 0,4% artıb və ən böyük aylıq 3% qiymət artımı 2023-cü ilin yanvarında qeydə alınıb. Siqaretin qiyməti bir il ərzində isə 18% artıb.
Qeyd edək ki, Qazaxıstan tütün fabrikləri 2024-cü ilin yanvar-fevral aylarında tütün məmulatlarına tələbatın 40,5%-ni (daxili bazar satışı və ixracı) təmin edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır. İdxalın xüsusi çəkisi müvafiq olaraq 14,5%-dən 59,5%-ə yüksəlib. 2024-cü ilin yanvar-fevral aylarında ölkəyə 2,7 milyard ədəd tütün məmulatı idxal edilib ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 7,1 dəfə çoxdur.
Natiq Orucov