Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib

Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib



Türkiyənin ABŞ-dəki səfirliyinin qarşısında ermənilərin 24 aprel "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib.

Newscenter.az-ın məlumatına görə, "Report"un ABŞ bürosu xəbər verir ki, "Erməni yalanlarına son" şüarı ilə keçirilən aksiya Türkiyə-Amerika Milli İdarəetmə Komitəsi (TASC) tərəfindən təşkil olunub.

TASC rəsmisi Məhəmməd Sami Görgülü "Report"a müsahibəsində bildirib ki, aksiyanı keçirməkdə məqsəd erməni lobbisinin yalanlarını ifşa etməkdir:

"Ermənilərin "qondarma soyqırımı" iddialarını tanımaqla siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan bəzi dövlətlər bundanTürkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Beynəlxalq ictimaiyyət "soyqırımı" iddialarının yalan olduğunu bilməlidir".

Aksiyada Vaşinqtonda yaşayan türk və Azərbaycan icmasının fəalları iştirak ediblər. Fəallar erməni yalanlarının ifşa olunduğu şüarlar səsləndiriblər.

Burada 1970-ci illərdə ASALA terror təşkilatı tərəfindən qətlə yetirilən onlarla türk diplomatının şəkilləri də nümayiş etdirilib. Təxminən iki saat davam edən aksiya insidentsiz başa çatıb.
Xəbəri paylaş