Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski yaradılmış fürsətdən yararlanaraq , dialoq üçün əlverişli zəmin əldə edə bilər

Zelenski yaradılmış fürsətdən yararlanaraq , dialoq üçün əlverişli zəmin əldə edə bilər


"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un 11-22 noyabrda Bakıda keçiriləcəyi Azərbaycana göstərilən beynəlxaql etimadın və təhlükəsizlik məkanının göstəricisidir".

Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, paytaxt bu tədbirlə əlaqədar olaraq yüz min qonaq qarşılayacaq:

"Onların arasında yüksək rütbəli rəsmi şəxslər, dövlər və hökumət başçıları da olacaq. Prezident İ.Əliyev Ukrayna prezidenti V.Zelenskini də həmin sessiyaya dəvət edib. Hesab edirəm ki, Zelenski yaradılmış bu fürsətdən yararlanaraq , dialoq üçün əlverişli zəmin əldə edə bilər. Azərbaycanın həm Rusiya ilə, həm də Ukrayna ilə dost münasibətləri var və neytral ölkə kimi vasitəçilik missiyasını həyata keçirə bilər. Lakin məlum olduğu kimi Birləşmiş Ştatların Senatı da Ukraynaya 61 milyard dollar həcmində yardım paketi haqqında qanun layihəsini qəbul etdi. Həmin yardım paketində Kiyevə hucum silahlarının, hava hücumundan daha mükəmməl qorunması üçün avadanlıq və vasitələrin tədarükü də nəzərdə tutulub. ABŞ-ın Ukraynaya ayırdığı 61 milyard dollarlıq yardım Rusiya Ordusuna dövlət büdcəsində nəzərdə tutulan vəsaitin 2/3-i qədərdi. Belə vəziyyətdə Ukraynanın Kremllə danışıqlara getməsi, dialoqa maraq göstərməsi məncə, imkansız görünür. Məncə, Ukrayna-Rusiya müharibəsi bundan sonra daha aktiv fazaya keçəcək. Təəssüf ki, qarşıduran tərəflər bir-birilərindən çox uzaqdırlar və danışıqlar üçün ortam yoxdur. Bununla belə düşünürəm ki, barışıq və sülh üçün təşəbbüsləri artırmaq, müharibəni dayandırmaq üçün təmaslar yaratmaq vacibdir və bu öz müsbət nəticəsini mütləq verə bilər".

Əli Oruclu, "COP29 tədbirin keçirilməsinə hələ xeyli müddət var, könül istərdi ki, etnik kökləri eyni olan hər iki dövlət müharibəni dayandıraraq bir-birlərinin ərazi bütövvlüyünə, suverenliyə hörmətlə yanaşsınlar. Eyni zamanda qarşılıqlı maraqlarını uzlaşdıra bilsinlər",-deyə bildirib.

Süleyman

Xəbəri paylaş