Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamenti çoxdan erməni lobbisinə satılıb

Avropa Parlamenti çoxdan erməni lobbisinə satılıb


"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları ilə bağlı hesabatları qərəzli xarakter daşıyır, Azərbaycandan bir qrup qərəzli radikal dairələrin verdiyi məlumatlar əsasənda formalaşır".

Bu fikirləri Newscenter.az- a politoloq Vüqar Əhmədov səsləndirib. O təəssüf hissi ilə qeyd edib ki, Avroparlament Azərbaycan vətəndaş cəmiyyəti ilə geniş şəkildə əməkdaşlıq etmir, yalnız say seçmə, siyasi və əqidə baxımından özlərinə yaxın qruplara dəstək göstərir:

"Biz Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin də hansı qruplarla işlədiyini görürük, onlar əsasən Azərbaycan dövlətinə müxalif mövqeyi ilə seçilən qruplardır".

Politoloq deyib ki, Avropa Parlamentində manyak təfəkkürli insanlar var və Azərbaycan haqqında ümumi məlumatı olmayan parlamentarilər kürsüyə çıxıb populist çıxışlar edirlər:

"Onlar üçün Azərbaycandakı insan haqları deyil, öz işlərini yaxşı nümayiş etdirmək xatirinə qətnamələr qəbul etmək daha vacibdir. Biz müşahidə edirik ki, bu parlamentarilər Azərbaycan əleyhinə ədalətsiz və haqsız qətnamələr qəbul edir və Şərq tərəfdaşlığı ölkələrinə qarşı ayrı-seçkilik göstərirlər.

Avropa Parlamenti bir qurum olaraq çoxdan erməni lobbisinə satılıb və onun sifarişlərini yerinə yetirir. 30 illik işğal dövründə erməni separatçılarına və işğalçılarına qarşı heç bir sanksiya və qətnamə qəbul etməyən Avropa Parlamenti Azərbaycan öz ərazisini azad edən kimi qətnamələr yadlarına düşdü".

Süleyman
Xəbəri paylaş