Cari ilin birinci rübündə Türkiyədən 73 ölkəyə, muxtar və azad zonalara 2,5 milyard dollardan çox minik avtomobili ixracı həyata keçirilib.
Newscenter.az Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinə istinadən xəbər verir ki, son 3 ayda avtomobil ixracatı 2,5 milyard dolları keçib.
2024-cü ilin yanvar-mart aylarında avtomobil sənayesinin 9 milyard 132 milyon 431 min dollarlıq xarici satışlarının 28,2 faizini minik avtomobilləri qrupu təşkil etdi.
Ötən ilin ilk 3 ayında 2 milyard 625 milyon 457 min dollar olan minik avtomobili ixracı bu ilin eyni dövründə yüzdə 1,7 azalaraq 2 milyard 578 milyon 961 min dollar olub.
Natiq Orucov