Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken yenidən İsrailə səfər edəcək.
Newscenter.az Reuters-ə istinadən bildirir ki, ABŞ dövlət katibi səfə çərçivəsində Antoni Blinken İsrail ordusunun Rəfaha mümkün quru hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi razılaşmasını müzakirə edəcək.
Blinkenin gələn həftə İsrailə gedəcəyi nəzərdə tutulur. Məlumata görə, səfər aprelin 30-da baş tutacaq.
Bu, ABŞ dövlət katibi Blinkenin 2023-cü il oktyabrın 7-dən regiona 7-ci səfəri olacaq.
Mehman Mehdiyev