Cari il ərzində Qazaxıstanda 60 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat verib.
Nazirlikdən verilən məlumata görə, idarə “QazaqQaz” milli şirkəti ilə birgə 2030-cu ilə qədər qazın proqnoz balansını formalaşdırıb.
Qazaxıstanda qaz hasilatının 85%-dən çoxu Tengiz (27%), Karaşiqanak (38%) və Kaşaqan (20%) layihələrinin payına düşür.
Ötən il ölkədə 59,063 milyard kubmetr qaz hasil edilib.
Qeyd edək ki, son illər Qazaxıstanda qaz hasilatı durmadan artır.
Natiq Orucov