“Əgər Ermənistanın başqa mənbələrdən, daha ucuz və sərfəli qiymətə qaz alması lazım və məqsədəuyğundursa, o zaman bu imkanı müzakirə etməliyik. Bunun əksini iddia etmək ölkənin dövlət maraqlarına zərbə vurmaq deməkdir”.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu Ermənistan Kommunist Partiyasının fraksiyasının deputatı Babken Tunyan deyib.
Onun sözlərinə görə. bir çox hallarda qazdan istifadə edən ölkəni qaz mənbəyindən ayırmaq çox çətindir:
"Yəni ola bilər ki, biz Rusiya ilə müqavilə bağlayıb Rusiyadan qaz alırıq, amma bu qaz kəmərləri kəsişdiyindən, müəyyən məqamda həmin qaz kəmərində müəyyən həcmdə Azərbaycan qazı olacaq. Yaxud Avropa ölkələri Azərbaycan qazını alır, amma əslində o qazda rus qazı da var. Bu texniki məsələdir".
Deputat deyib ki, hazırda İranla yeni qaz kəmərinin çəkilməsi variantı müzakirə olunmur. Çünki buna ehtiyac yoxdur.
Anar Əliyev