Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda hələ də Paşinyana etibar edirlər

Ermənistanda hələ də Paşinyana etibar edirlər


Artıq bir neçə gündür ki, Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə aksiyalara yenidən start verilib. Paşinyanı devirməyi qarşılarına mıqsəd qoyan bəzi siyasi dairələr bununla Ermənistanı böhrandan xilas edəcəkləri qənaətindədirlər. Bəs görəsən, Paşinyanı hakimiyyətini devirmək mümkün olacaqmı?

Newscenter.az xəbər verir ki, politoloq Mütəllim Rəhimli Ermənistanda hələ də Paşinyana etibar edildiyini deyir. Onun sözlərinə görə, hadisələrin təhlili göstərir ki, ermənilər baş nazir Paşinyana inanırlar:

"Terrorçu Daşnaksutun partiyasının illərlə davam edən yalanlarından beziblər. Lakin buna baxmayaraq Paşinyana müxalif qüvvələr də bundan məharətlə istifadə edərək, etiraz aksiyalarını ona qarşı istifadə etməyə çalışırlar. Nəzərə almaq lazımdır ki, ermənilər çox həssas bir dönəmdən keçirlər".

Anar Əliyev
Xəbəri paylaş