Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Forum dünyəvilik missiyasının təsdiqi kimi tarixləşdi

Forum dünyəvilik missiyasının təsdiqi kimi tarixləşdi


Azərbaycanda keçirilən hər beynəlxalq tədbir dövlətin bu hadisəyə marağının təzahürüdür. Maraq, başlıca olaraq, siyasi, ekoloji, mənəvi maraqlar sistemidir. Son illər dünyəvi mahiyyət daşıyan COP29-a həssas münasibət böyük diqqətlə izlənilir, bəşəri dövlətlər, bu sıradan Azərbaycan da ona ciddi yanaşır. Bunun nəticəsidir ki, müxtəlif təyinatlı, müxtəlif miqyaslı beynəlxalq tədbirlər Bakıda da keçirilir. Aprelin 24-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda forum keçirildi. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycana böyük ehtiramın və dəstəyin təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumda çıxışında dediyi kimi COP29 çox böyük məsuliyyətdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumda çıxışında Vətən müharibəsini, ədalətli müharibədə qazanılan tarixi Zəfəri də xatırlatdı, dünyanın nizamını dəyişən bu Zəfərdən sonrakı dövr haqqında dedi: “Laçın yenidən qurulur. Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir və yaşıl gələcək haqqında danışırıqsa, görəcəksiniz ki, Laçın tamamilə yaşıldır. Bu gün irimiqyaslı inkişaf gedir, Laçın şəhərinin və onun yaxınlığındakı bir kəndin yenidən qurulması sizə Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının şahidi olmaq imkanı verəcək. Ötən ilin may ayında mən 30 ildən sonra oraya qayıdan Laçın şəhərinin ilk sakinlərinə evlərinin açarlarını təqdim etdim. Hazırda isə növbəti sakinlər oraya qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır. Hətta oranı heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır. Bu, Azərbaycan xalqının öz köklərinə həqiqətən də nə qədər bağlı olduğunu nümayiş etdirir. Laçının azad edilməsi də bizim güclü siyasi iradəmizin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edilib. Hazırda isə biz siyasi yolla davam edirik. Əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk”.

Cənab İlham Əliyev çıxışında həm də Azərbaycanın həm Prezident, həm də Baş nazir səviyyəsində Avrasiya İqtisadi İttifaqının tədbirlərinə dəvət edildiyini, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə sıx tərəfdaşlıq münasibətləri olduğunu, Azərbaycanın özünü təmin edən iqtisadiyyata malik olmasını xatırladaraq dedi: “Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik. Hazırda bizim belə planlarımız yoxdur. Lakin gələcəkdə bunu nəzərdən keçirməyəcəyimizi deyə bilmərik. Hər şey yaxınlaşmanın hansı əlavə iqtisadi faydanın verəcəyindən asılı olacaq. Belə bir üstünlük görsək, qərar qəbul edəcəyik. Əks təqdirdə, bugünkü vəziyyət bizi qane edir”.

Bu forumun ali bir məqsədə xidmət etdiyini – Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olması niyyət kimi diqqət mərkəzində olduğunu da qeyd edən ölkə başçısı bildirdi ki, “COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir”

Azərbaycan-Almaniya, Çin-Azərbaycan münasibətinin inkişaf etdiyini diqqətə çatdıran cənab İlham Əliyev Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ regionunu vaxtından əvvəl tərk ediyini də bildirdi. Bu informasiya dünyəvi proseslərin gerçək dərki üçün gərəkli oldu.

Aprelin 24-də Bakıda, ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda forum həm Azərbaycanın siyasi nüfuzunun yüksəlişində vasitə oldu, həm də dünyəvi bir problemin məhz Bakıda müzakirə olunması ilə Azərbaycanın dünyəvilik missiyasının təsdiqi...


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş