Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın hakimiyyətdən getməsi sülh müqaviləsi bağlanmasını heçə endirəcək

Paşinyanın hakimiyyətdən getməsi sülh müqaviləsi bağlanmasını heçə endirəcək


"Azərbaycanla yaxınlaşma məsələlərinin Ermənistanda geniş kəsim tərəfindən etirazla qarşılanacağı normaldır. Bu, uzun illər, hətta geniş mənada türklərə qarşı formalaşmış əsrlik düşmənçilik stereotipinin asanlıqla qırıla bilməyəcəyinin həqiqətdir. Odur ki, Paşinyanın atdığı addımların etirazla qarşılanması təbii haldır. Bu məsələlərin qəbul edilməsi üçün zamana ehtiyac var".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, bu hal Azərbaycanda fərqli deyil:

"Paşinyan da artıq ermənilərin belə etirazlarına alışıb. Zamanla artıq özünü daha rahat hiss edir. Amma Qərblə artan yaxınlaşma fonunda etirazların daha aqressivləşəcəyini
ehtimal etmək olar".

Azər Qasımov onu da deyib ki, Paşinyanın hakimiyyətdən getməsi sülh müqaviləsi bağlanmasını gecikdirmək yox, heçə endirəcək:

"Onu əgər Azərbaycanla əlaqələrin bərpasına görə devirəcəklərsə, məntiqlə sonrakı mərhələdə sülhdən yox, müharibədən danışılmalı olacaq. Paşinyanın devriləcəyi ehtimalına az yer verirəm. Paşinyanın Azərbaycanla payız aylarında sülh bağlamaq ehtimalını yüksək qiymətləndirirəm. Paşinyan sülh üçün ciddi səylər göstərir. Hətta regionda marağı olmayan tərəfsiz bir ölkədə ikitərəfli sülh müqaviləsinin imzalanması ehtimalı da qüvvətlənir. Azərbaycanın da bunu nəzərə alaraq mövqeyində müəyyən yumşalmalar hiss edilir".

Azər Qasımovun sözlərinə görə, açıq qalan Zəngəzur dəhlizi məsələsidir:

"Əgər Paşinyan hakimiyyətdən gedəcəksə, bu, Zəngəzur dəhlizinin açılmasına etiraz edəcəyi üçün olacaq. Hesab edirəm ki, məsələ bu səviyyəyə çatmayacaq".

Süleyman
Xəbəri paylaş