Qazaxıstan, Rusiya və Çin Moskva vilayətində yeni nəqliyyat mərkəzi yaradacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, yeni logistika mərkəzi Rusiya, Sian şəhərindəki Qazaxıstan-Çin terminalı və digər ölkələr arasında birbaşa nəqliyyat əlaqələrini inkişaf etdirmək üçün nəzərdə tutulub.
“Qazaxıstan Dəmir Yolu” QSC-nin mətbuat xidməti xəbər verir ki, Moskva vilayətinin Selyatino stansiyasında yeni nəqliyyat-logistika mərkəzinin tikintisinə başlanılıb.
Layihənin həyata keçirilməsi yüklərin daşınmasına, o cümlədən Qazaxıstan yükgöndərənlərinə bir sıra üstünlüklər verəcək, çatdırılma müddətlərinə müsbət təsir edəcək və konteyner daşımalarının uzunmüddətli planlaşdırılmasına töhfə verəcək.
Qazaxıstan-Rusiya-Çin birgə müəssisəsi layihə iştirakçılarının potensialını maksimum dərəcədə artırmağa və logistika və terminal xidmətlərində göstərilən xidmətlərin çeşidini genişləndirməyə imkan verəcək.
Anar Əliyev