Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin Ukraynaya çox böyük dəstəyi var

Qərbin Ukraynaya çox böyük dəstəyi var


"Hazırki situasiyada bunu söyləmək üçün hələ ki, tezdir. NATO tam şəkildə müharibəyə daxil olmayıb. Lakin Rusiya hakimiyyəti öz xalqına savaşı bu cür təqdim edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O bildirib ki, Qərbin Ukraynaya çox böyük dəstəyi var, ancaq yenə də biz bunu NATO - Rusiya savaşı adlandıra bilmərik:

"Hər iki tərəfin, həm Qərbin, həm də Rusiyanın öz üzərində götürdüyü öhdəliklər, necə deyərlər, hər iki tərəf üçün qırmızı xətt var. Bunu aşmaq asan məsələ deyil. Bu xətlərin aşılması dünyada nüvə silahı ilə davam edəcək 3 - cü dünya savaşına səbəb ola bilər. Buna görə də hər iki tərəf öz qərarına hörmət eləməlidir".

Politoloq deyib ki, zaman keçdikcə savaşın miqyası da böyüyür:

"Artıq proses tamam başqa məcralara doğru gedir. Buna görə həm Moskva, həm Kiyev savaşın tez bitməsində maraqlıdır. Lakin hər iki tərəf üçün öz maraqları önəmlidir. Son olaraq bir daha təkrarlayım ki, hazırkl müharibənin Rusiya - NATO savaşı olduğunu düşünmürəm. Sadəcə olaraq Qərb açıq şəkildə Ukraynaya yardım göstərir ki, bu da gözlənilən idi".

Süleyman
Xəbəri paylaş