Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya üçün çətin aylar başlayır

Rusiya üçün çətin aylar başlayır


Rusiyanı Ukrayna savaşında məğlub duruma düşürmək üçün Birləşmiş Ştatlar və Qərb bütün imkanlardan istifadə edir. Bu günlərdə ABŞ-dan Ukraynaya növbəti hərbi yardımın ayrılması bunun əyani sübutudur.

Newscenter.az-ın xəbərinə görə, baş verənləri şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, artıq ABŞ tərəfindən Ukraynaya öldürücü və hücum silahları göndərilir:

"Demək olar ki, Ukraynanın silhalandırilmasınin ikinci mərhələsi başlayıb. Göndəriləcək silahlar ilk növbədə Rusiya ordusunun arxa cəbhə logistikasinın sıradan çıxarılmasına hesablanıb. Hətta növbəti aylarda Krım körpüsü vurula bilər. Həmçinin işğal olunmuş ərazilərdə dəmir və avtomobil yolları sıradan çıxarılacaq. Rusiya ordusunun hərəkətinin çətinləşdirilməsi əsas hədəfdir. Həmçinin havadan müdafiə sistemi təkmilləşdiriləcək.
Rusiya üçün çətin aylar başlayır. Ukrayna ordusu Krım istiqamətində hədəfləri məhv edib, hücumları artıracaq".

Politoloq deyib ki, Qərbin Ukraynaya verdiyi silahları ABŞ və Alman hərbiçilər idarə edir:

"Ukraynada döyüşmək üçün legioner qruplar da hücum əməliyyatlarını gözləyir. İyunda İsveçrədə başlayacaq Ukrayna üçün sülh forumuna kimi Rusiya ordusuna ciddi zərbələr vurulması planlaşdırılır. Bundan sonra, Rusiyanın yeni ərazilər işğal etməsi çətinləşəcək.
Rusiya və Ukrayna danışıqlarına gəldikdə, yaxın perspektivdə bu mümkün deyil.

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin danışıqlarla həll yolu gözlənilmir. Çünki Qərblə Rusiya arasında hərbi konfrontrasiya birinin məğlubiyyəti ilə nəticələnməlidir. Artıq, Qərb bu qədər müharibəyə vəsait xərclədikdən sonra, onun geri çəkilməsi mümkün deyil. Rusiyanı Ukraynada ağır məğlubiyyət gözləyir. Bunun nüvə müharibəsinə keçməsi isə, gözlənilmir".

Süleyman
Xəbəri paylaş