Türkiyədə qurulan yeni şirkətlərin sayında azalma müşahidə edilib.
Newscenter.az Türkiyə Palatalar və Birjalar Birliyinə (TOBB) istinadən bildirir ki, mart ayında əvvəlki ayla müqayisədə yeni qurulan şirkətlərin sayında 12,2 fazi azalma baş verib.
Bu dövrdə ölkədə bağlanan şirkətlərin sayı isə 13,9 faiz azalaraq 1678-ə çatıb.
Mart ayında keçən ilin eyni ayına görə qurulan şirkətlərin sayı 22,4 faiz azalarkən, bağlanan şirkətlərin sayı isə 15,6 faiz artıb.
Mehman Mehdiyev