Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da Gürcüstan-İsrail silah istehsalı müəssisəsi ilə əlaqəsi olan iş adamı həbs edilib

ABŞ-da Gürcüstan-İsrail silah istehsalı müəssisəsi ilə əlaqəsi olan iş adamı həbs edilib


ABŞ-da Gürcüstan-İsrail silah istehsalı müəssisəsi ilə əlaqəsi olan iş adamı həbs edilib.

Newscenter.az Newsgeorgia-ya istinadən biildirir ki, iş adamı Yohan Eliqula Las-Veqasda həbs olunub.

O, Gürcüstan-İsrail tüfənglərinin yığılması müəssisəsində iştirakçı olub.

Nyu-Yorkun Cənub dairəsinin prokuroru 58 yaşlı Gürcüstan vətəndaşını narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi pulların yuyulmasında ittiham edir. Onun 34 yaşlı oğlu David Eliqula da bu işdə iştirak edir.

Ata və oğul 2023-cü ildə özlərini Kolumbiyalı narkotik kartelinin üzvləri kimi təqdim edən FTB agentlərindən beş dəfə böyük məbləğdə pul alıblar. Ümumilikdə onlara 500 min dollardan çox nağd pul köçürülüb. Ata və oğul xidmət haqqını çıxdıqdan sonra pulları kriptovalyuta və bank köçürmələri vasitəsilə agentlərə köçürüblər. Yohan Eliqula müştərilərə ondan sursat almağı təklif edib.

Ata və oğlunu 20 ilə qədər həbs gözləyir.

Mehman Mehdiyev
Xəbəri paylaş