Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın təbii qaz hasilatı azalıb

Avropanın təbii qaz hasilatı azalıb


Ötən il Avropanın təbii qaz hasilatında azalma müşahidə edilib.

Newscenter.az Qaz İxrac edən Ölkələr Forumuna istinadən bildirir ki, Avropanın təbii qaz hasilatı yataqlarda davam edən təmir işləri sayəsində keçən il 19 milyard kubmetr azalaraq 214 milyard kubmetrə düşüb.

Buna görə qlobal təbii qaz hasilatı keçən il bir əvvəlki ilə görə 0,8 faiz artaraq 4,08 trilyon kubmetrə çatıb. Sözügedən dövrdə Şimali Amerika, Yaxın Şərq və Asiya-Sakit okean regionunda təbii qaz hasilatında artım, Avrasiya və Avropada isə azalma müşahidə olunub.

Avropada üç əsas istehsalçı Norveç, Hollandiya və Böyük Britaniyanın hasilatı müvafiq olaraq 7 milyard, 5,5 milyard və 4,6 milyard kubmetr azalıb.

Natiq Orucov
Xəbəri paylaş