Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın xarici siyasət kursunda İtaliya ilə qarşılıqlı faydalı münasibətlərin qurulması xüsusi yer tutur

Azərbaycanın xarici siyasət kursunda İtaliya ilə qarşılıqlı faydalı münasibətlərin qurulması xüsusi yer tutur


"Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlərin qurulması xüsusi yer tutur. İki tərəfli əlaqələr, tərəfdaşlıq, dostluq və bir-birinin siyasi maraqlarına hörmət prinsipləri əsasında inkişaf edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, rəsmi Roma Azərbaycanın təbii resurslarını, logistik imkanlarını və potensialını lazımı səviyyədə qiymətləndirərək ölkənin enerji təhlükəsizliyini böyük ölçüdə qarant etmiş vəziyyətdədir:

"İki tərəfli əlaqələrin hər iki ölkə üçün əhəmiyyəti anlayan rəsmi Bakı və Roma siyasi və iqtisadi sferada qurulan əlaqələrə bir yenisini əlavə etməklə əməkdaşlıq bağlarını daha da möhkəmləndirir. Cənəb Prezident İlham Əliyevin sözügedən ölkəyə səfəri zamanı bir sıra hərbi-texniki müqavilələrin imzalanması öz müsbət təsirini göstərməkdədir".

AVP rəsmisi deyib ki, Avropanın öndə qərarlaşan silah şirkətlərindən biri olan Leanardo ilə hərbi nəqliyyat təyyarələri və təlim döyüş təyyarələrinin alınması ilə əlaqədar imzalanmış müqavilələr doğrultusunda Azərbaycan Hərbi Hava Qüvvələri üçün istehsal olunmuş hərbi nəqliyyat təyyarəsi C-27 J Spartan NG-nin silahlanmaya qəbul olunması ordunun logistik imkanlarını və hərəkət potensialını böyük ölçüdə artıracaqdır:

"Çox məqsədli təyyarə sayılan C-27J Spartanın lazımlı sistemlər taxıldığı təqdirdə bir çox funksiya qabiliyyəti var.

Bunlara Dəniz patrolu, sualtı gəmi əleyhinə əməliyyat/kəşfiyyat qabiliyyəti, havada komanda qərargah mərkəzi, havada kəşfiyyat idarəetmə (C3ISR) , havadan yanğın söndürmə təyyarəsi aiddir.

Bizə isə əsas maraqlı tərəfi onun yük qabiliyyətidir ki, bizdəki təyyarədə digər funksilar inteqrasiya edilməyib.

Tutumu : 46 paraşüt desant və ya 60 əsgər.
Maksimal qalxış ağırlığı : 32500 kq
Maksimal yük götürmə : 11.300 kq
Mator : 2 ədəd hər birində 4637 atgücü olan Rolls Royce AE2100-D2A turboprop mator
Maksimal sürət : 602 km/s
Əməliyyat sürəti : 583 km/s
Minimal sürət : 194 km/s
Normal mənzil : 5500 km +
Maksimal yük ilə mənzil : 1750 km
Maksimal əməliyyat yüksəkliyi : 9100m
Təyyarənin əsas xüsusiyətlərindən biri odur ki, o , qısa eniş zolaqlarına rahatlıqla enib qalxa bilir.

C-27J NG , Lockheed Martinin C-130J Super Herculesində istifadə edilən mühərriklər və digər sistemlərlə təchiz edilmiş keçmiş C-27A Spartan təyyarəsinin qabaqcıl texnologiyalı törəməsidir".

Süleyman
Xəbəri paylaş