Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək


Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənaət edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da “AzərEnerji” tərəfindən kompleks işlər həyata keçirilir. Belə ki, hazırda Kəlbəcər rayonunun ərazisində 4 yerdə su elektrik stansiyalarının tikintisi aparılır.

Newscenter.az-ın “AzərEnerji”yə istinadən verdiyi məlumata görə, 4,3 meqavat gücündə “Zar”, 8,8 meqavat gücündə “Nadirxanlı”, 8,6 meqavat gücündə “Aşağı Vəng” və 22,5 meqavat gücündə “Yuxarı Vəng” su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılır.

Qeyd edilib ki, 2020-2023-cü illər ərzində Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən ümumi gücü 32 meqavat olan “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” kiçik su elektrik stansiyaları yenidən qurularaq Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Məskunlaşma siyasətinə uyğun olaraq 20-dən artıq kəlbəcərli bu stansiyalarda daimi işlə təmin olunub.

Bu günə kimi istismara verilən 6 kiçik su elektrik stansiyasında 70 milyon Kv/saat-a yaxın ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib. Qeyd edək ki, cari ilin bolsulu olması və quraşdırılan turbinlərin səmərəlilik göstəricilərinin yüksək olması səbəbindn stansiyalar hazırda nominal gücdə işləyir.

Qurum qiqətə çatdırıb ki, kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması üçün rəsmi qaydada Qətərdə yerləşən “Qlobal Karbon Şurası” təşkilatına Kəlbəcərdə fəaliyyət göstərən kiçik su elektrik stansiyalarına görə müraciət olunub və stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə keçidə müsbət rəy verilib. Bu təşəbbüs ardıcıllıqla digər su elektrik stansiyalarını da əhatə edəcək və Azərbaycan tarixində ilk dəfə bərpa olunan enerji mənbəli elektrik stansiyalarının karbon sertifikatları ilə təmin edilməsi məhz işğaldan azad edilən ərazilərdəki enerji obyektləri ilə bağlı olacaq.



Süleyman
Xəbəri paylaş