Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Bahçeli ilə görüşəcək

Ərdoğan Bahçeli ilə görüşəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli ilə görüşəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İnformasiya və Kommunikasiya İdarəsi məlumat verib. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Bahçelini evində ziyarət edəcək.

Görüş zamanı son bələdiyyə seçkilərindən sonra siyasi çevrədə yaranmış vəziyyət, yaxın və uzaq regionlardakı son durum, eləcə də Türkiyənin inkişaf perspektivləri istiqamətində atılan addımlar müzakirə ediləcək.

Anar Əliyev
Xəbəri paylaş