Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda sabiq nazirin 200-ə yaxın əmlakı müsadirə ediləcək

Ermənistanda sabiq nazirin 200-ə yaxın əmlakı müsadirə ediləcək


Ermənistan Prokurorluğu Dövlət Gəlirləri Xidmətinin keçmiş sədri Qaqik Xaçatryanın 200-ə yaxın daşınmaz əmlakının müsadirə edilməsi ilə bağlı vəsatət qaldırıb.

Newscenter.az news.am-a istinadən bildirir ki, Qaqik Xaçatryan müxtəlif vəzifələrdə çalışan zaman, xüsusilə də maliyyə naziri işlədiyi illərdə qeyri-qanuni yollarla dövlət əmlakını mənimsəyərək özünə çoxlu sayda daşınmaz əmlak alıb. Onlardan 56-sı İrəvanın mərkəzində yerlöəşir.

Bundan başqa, prokurorluq Qaqik Xaçatryandan 13 nəqliyyat vasitəsini, 1,4 milyon dollardan çox əmanət və qiymətli kağızları qaytarmağı tələb edib.

Mehman Mehdiyev
Xəbəri paylaş