Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslam İnkişaf Bankından Türkiyəyə 6,3 milyard dollarlıq maliyyə yardımı

İslam İnkişaf Bankından Türkiyəyə 6,3 milyard dollarlıq maliyyə yardımı


İslam İnkişaf Bankı tərəfindən Türkiyəyə 6,3 milyard dollar maliyyə yardımı ayrılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək məlumat verib. O bildirib ki, İslam İnkişaf Bankı (İİB) Qrupunun 2024-2026-cı illəri tənzimləyən Ölkə Strategiyası çərçivəsində Türkiyədəki layihələrə 6,3 milyard dollar maliyyə ayrılacaq.

Strategiya çərçivəsində veriləcək maliyyə vəsaiti təhsil, səhiyyə, nəqliyyat, maliyyə, kənd təsərrüfatı, sənaye, enerji və infrastruktur kimi bir çox sektorda fəaliyyətlərin dəstəklənməsi üçün istifadə olunacaq.

Natiq Orucov
Xəbəri paylaş