Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəb-icma münasibətləri media sahəsində çalışan valideynlərlə müzakirə olunub

Məktəb-icma münasibətləri media sahəsində çalışan valideynlərlə müzakirə olunub


“Ailəm və məktəbim” layihəsi çərçivəsində Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərlə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, layihə çərçivəsində müxtəlif peşə sahiblərindən olan valideynlərin dəvət olunduğu görüşə növbəti dəfə media sahəsində çalışan valideynlər qatılıblar.

Görüşdə valideyn-məktəb münasibətləri, valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində iştirakının əhəmiyyəti, media savadlılığı, şagirdlərin peşə seçiminə dəstək, təhsil müəssisəsində baş verən hadisələrə media nümayəndələri tərəfindən həssas yanaşma, təhsilin, müəllimin nüfuzunun qorunması, uğurların təbliğinin əhəmiyyəti kimi məsələlərə toxunulub. Həmçinin media sahəsində çalışan valideynlər tərəfindən müvafiq mövzular üzrə digər valideynlər üçün maarifləndirici seminarlar keçirilməsi barədə danışılıb.

Daha sonra məktəbin fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş olunub.

Sonda valideynlər təklif və fikirlərini səsləndirib, onları maraqlandıran məsələləri məktəb kollektivi ilə müzakirə ediblər.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən “Ailəm və məktəbim” layihəsinin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.

R.Mehdiyeva
Xəbəri paylaş