Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"İnkişaf məqsədimizdir" adlı layihə çərçivəsində regionlara səfərlərə start verilib

"İnkişaf məqsədimizdir" adlı layihə çərçivəsində regionlara səfərlərə start verilib


“Milli İnkişaf” İctimai Birliyinin iştirakı ilə yeni layihəyə start verilib.

Newscenter.az xəbər verir ki, "İnkişaf məqsədimizdir" adlı layihə çərçivəsində İctimai Birlik “Əkinçi” İB və “Mübarizlər” İB ilə birlikdə Astara rayonuna səfər təşkil edib. Bu barədə Newscenter.az-a məlumat verən “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, Rusiya Federasiyasının Buryatiya Respublikasında Selenqa şəhərindəki Azərbaycan diasporunun rəhbəri Cəmil Hüseynovun dəstəyi ilə baş tutan səfər çərçivəsində iştirakçılar əvvəlcə Astara rayonu Kakalos kənd mədəniyyət evini ziyarət ediblər. Səfər iştirakçıları 5 mindən çox eksponatı özündə cəmləşdirən muzeyə baxış keçiriblər:

“Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdikdən sonra isə Hamaşan kəndinə yola düşüblər. Astara rayonunun ən ucqar dağ kəndi olan Hamaşan kəndində qonaqları yeri mədəniyyət ustaları qarşılayıblar. Layihə iştirakçıları Hamaşan kəndində Sovet İttifaqı qəhrəmanı Mirzə Cəbiyevin məzarını, kənddəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra layihə iştirakçıları Astara rayonunun Turadi kəndində olublar. Qeyd edim ki, Toradi kəndi Cəmil Hüseynovun doğulub boya-başa çatdığı kənddir. Həmin kənddə də bizi yerli sakinlər çox isti qarşıladılar. Kənd Mədəniyyət Evində olduq, kənd qəbirstanlığındakı şəhid məzarlarını ziyarət etdik, yerli sakinlərlə görüşdük”.

Arzuman Muradlı qeyd edib ki, səfər zamanı həmçinin şəhid Pəncəli Teymurovun anadan olduğu Əsərüd kəndində olub, şəhidin anası ilə görüşüblər:

“Həmçinin, Pəncəli Teymurovun ev muzeyini ziyarət etdik, muzeydəki eksponantlarla tanış olduq”.

Arzuman Muradlı deyib ki, səfər zamanı keçirilən görüşlərdə 18 Astara sakininə fəxri diplomlar təqdim edilib. Onların arasında şəhid Pəncəli Teymurovun anası Vahimə xanım da yer alıb. İctimai Birlik sədri deyib ki, "İnkişaf məqsədimizdir" adlı layihə çərçivəsində yaxın vaxtlarda respublikanın digər regionlarına da anoloji səfərlər təşkil ediləcək.





Süleyman
Xəbəri paylaş