Rusiya Federasiyanın prezidenti Vladuimir Putinin mayın 7-də andiçmə mərasimi keçiriləcək. Kreml rəhbərinin andiçmə mərasimində bir sıra ölkə rəhbərlərinin iştirakı gözlənilir.
Newscenter.az news.am-a istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan isə Putinin andiçmə mərasimində iştirak etməyəcək.
Mənbənin məlumatına görə, Paşinyan Rusiyadan müttəfiq kimi narazı olduğunu bir daha göstərmək istəyir. Bildirilir ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının yaradılmasının 10 illiyi münasibətilə təşkil olunan yubiley sammitində iştirak etmək üçün yalnız mayın 8-də Rusiyada olacaq. Həmçinin, Paşinyan 9 May Qələbə Günü münasibətilə təşkil olunan tədbirlərdə də iştirak etməyəcək.
Mehman Mehdiyev