Türk Hava Yolları Türkiyə iqtisadiyyatına 56 milyard dollar qazandırıb.
Newscenter.az xəbər verir ki, bu fikirləri bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu səsləndirib.
Nazir eyni zamanda vurğulayıb ki, Türk Hava Yollarının qlobal bazarda rəqabət qabiliyyətini daha da artırmalıyıq:
"Bilirik ki, Türk Hava Yolları qitələrarası sərnişin axınında daha böyük pay əldə etmək üçün həm Avropa, həm də Yaxın Şərq mənşəli nəhəng hava yolu şirkətləri ilə güclü rəqabət aparır. Bu çərçivəsində Türk Hava Yolları öz təyyarə parkını daim gənc tutmağı planlaşdırır. Türk Hava Yolları tədarük zənciri, turizm və digər dolayı töhfələrlə Türkiyə iqtisadiyyatına 56 milyard dollar qazandırıb. 2024-cü il üçün hədəfimiz 63 milyard dollardır. Növbəti 10 illik plan çərçivəsində bu töhfənin 144 milyard dollar olmasını hədəfləyirik".
Natiq Orucov